Tofiq İsmayılovun oğlu hakim qarşısında .....                     Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? .....                     Daha bir soydaşımızı itirdik .....                     Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib .....                     PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? .....                     BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... .....                     AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir .....                     “İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” .....                     “Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, .....                     “Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır .....                     Binədə şəhid bulağı dağıdılıb .....                     “Zelenski təşəbbüsü Putinin əlindən alıb” .....                     “PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” .....                     Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? .....                     Şimal-qərb küləyi əsəcək .....                     "Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar" .....                     Milli Qəhrəman Xocavənddə hotel açıb .....                     Avtomobili pulsuz necə park etmək olar? .....                     Sabiq deputat qaynının şirkətindəki vəzifədən .....                     Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI .....                     Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir .....                     “Danışığında problemlər var” .....                     “Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir .....                     “Danışıqları yalnız hərbçilər aparacaq” .....                     Bakı və İrəvan sülh masasına qayıdır: .....                     Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir .....                     Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı .....                     Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir .....                     Putin və Zelenskidən Trampa müsbət cavab: .....                     “Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək .....                     Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... .....                     İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... .....                     Nazir Şahmalı Əhmədovu rəis təyin etdi .....                     Azərbaycanda holdinqin direktoru dəyişib .....                     Moskvada erməni MMA döyüşçüsü saxlanılıb .....                     151 saylı bağçada körpələrə zay məhsullar verilir .....                     Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir .....                     "Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin" .....                     Mərkəzi Bank açıqladı: .....                     Arif Babayev xəstəxanadan evə buraxıldı .....                 

Cənab Əmrullayevin buralara NƏZƏR SALMASI LAZIMDIR... - Ali təhsilin AzTU BATAQLIĞI...
Tarix: 13-07-2023, 08:42 | Çap et
Cənab Əmrullayevin buralara NƏZƏR SALMASI LAZIMDIR...
DİA.AZ: - "Azərbaycan Texniki Universitetinin (AzTU) təcrübəli müəllimlərindən bir qrupu yenə də yalnız universitetimizdə deyil, həm də ölkəmizin aşağıdan yuxarıyadək bütün təhsil sistemində yaranmış vəziyyətlə və bu vəziyyətin nəticələri olan faktlarla Respublika ictimaiyyətinə, əlaqədar rəsmi dövlət təşkilatlarına və vəzifəli şəxslərə müraciət etmək məcburiyyətindədir". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalənin ƏVVƏLİ BURADA: Bu VİLAYƏTİN VALİSİ yoxdurmu? - AzTU-ya müdaxilə edən olacaqmı?

Məqalənin davamında deyilir: "Bu ilin – 2023-cü ilin fevral ayında isə xəbər tutduq ki, hazırkı 2-ci kurs magistrantların bir il yarım bundan əvvəl verilməli olan DİSSERTASİYA MÖVZULARI HƏLƏ HEÇ VERİLMƏYİB! Magistrantların təhsil müddəti 2 il, yəni 4 semestrdir. Yenə təkrar edirik ki, mövcud təlimata əsasən 1-ci kurs magistrantlar dərslərə başlayandan 3 ay müddətində onların dissertasiya mövzuları təsdiq edilməlidir ki, tələbələrin dissertasiya üzərində işləməyə 2 il vaxtı olsun. Onlar isə 3-cü tədris semestrini bitirmək üzrə idilər, qarşıda yalnız bir semestr qalırdı. Adətən bu vaxtlar onların dissertasiyaları artıq hazır vəziyyətə yaxın olurdu. İndi isə onlara nə mövzu verilmiş, nə də elmi rəhbər təyin edilmişdi və magistrantlar təlaş içində idilər. Nə isə, nəhayət, fevral ayının sonuna yaxın dissertasiya mövzuları və rəhbərlər təsdiq edildi, yenə də qrup halında – 5 nəfər magistranta 1 ümumi mövzu verilməklə. Bundan sonra tələbələrin dissertasiya üzərində işləməyə ən yaxşı halda 3 ay vaxtları qaldı. Dissertasiya üzərində işləmək isə nə deməkdir, bunu izah edək ki, rektor, elmlər doktoru, professor, Əməkdar Elm Xadimi Vilayət Vəliyev də bilsin. Bəlkə o, bunları bilmir. Dissertasiya üzərində işləmək isə – problemin mahiyyətini və müasir elmi vəziyyətini öyrənmək, tədqiqat qarşısında qoyulan vəzifələri formulə etmək, tədqiqatın özünü aparmaq və nəticələr almaq, həmin nəticələri təhlil edib, dissertasiyanın ümumi nəticələrini formulə etmək və nəhayət, dissertasiyanın mətnini yazıb, tərtib etmək deməkdir. V.Vəliyev özü bunları 3 ayda edə bilərdimi? Niyə, hansı məqsədlə o, hər il magistrantları bu cür fəlakətli vəziyyətə salır? Bunu adicə qayda-qanuna riayət etməklə eləmək olmazmı? Sonra da o, ağız dolusu danışır ki, magistr dissertasiyası mövzuları real istehsalatdan götürülməlidir, tələbələr bu mövzuları özləri işlədikləri yerdəki (???) texniki problemlərin həllinə həsr etməlidirlər, əsl elmi tədqiqat olmalıdır və s. Özləri işlədikləri yerdəki texniki problemlərin həllinə həsr etməlidirlər? V.Vəliyev heç olmasa bilirmi ki, onun magistrantları haralarda işləyirlər? Bəlkə o, elə bilir ki, onlar Boeing və ya Microsoft şirkətlərində işləyirlər ki, oralardan da elmi tədqiqat mövzuları götürsünlər? Əgər tutaq ki, keçən il magistr dissertasiyası mövzuları səhvən, təcrübəsizlikdən tələbələrə vaxtında verilməmişdisə, biz ki, bu haqda yazdıq və məlumat verdik, bəs bu il niyə yenidən eyni hal təkrarlandı? Bütün bunlara universitetdəki tədris prosesini QƏSDƏN, BİLƏRƏKDƏN DAĞITMAQDAN BAŞQA BİR AD VERMƏK OLMAZ! Bu, tədrisə qarşı, universitetə qarşı, son nəticədə isə ÖLKƏMİZƏ QARŞI TƏXRİBATDIR!
Magistr dissertasiyalarının müdafiəsi haqqında da çox danışmaq istəmirik. Aydındır ki, belə vəziyyətdə 3 aya hazırlanan dissertasiyada heç bir elmdən, elmi tədqiqatdan söhbət gedə bilməz. Dissertasiyalar referativ formada, yalnız məlumat toplusundan, internetdən və ədəbiyyatdan götürülmüş icmallardan ibarət idi. Deyilməz dərəcədə formal və səviyyəsiz, tragikomik müdafiələr keçdi.
Yeri gəlmişkən, magistrantların işləməsi haqqında. Universitetə daha çox magistrant cəlb etmək üçün (əslində, daha çox maliyyə vəsaiti əldə etmək üçün) magistrantların dərsləri axşam saat 18:30-da başlanır ki, onların gündüz işləmək imkanları olsun, baxmayaraq ki, tələbələrin əyani tədris formasında işləməsi düzgün deyil. Bir axşamda 2 qoşa saat dərs olur. Tələbələr isə işlədiklərindən, heç bu vaxtda da dərsə gəlib çata bilmirlər, çoxu saat 19:00-dan da gec gəlir. Buna görə də 1-ci qoşa saatda da çoxu praktiki olaraq, dərsdə iştirak etmirlər. Bundan başqa, magistraturadakı dərslərin çoxu laboratoriyalarla, elmi-tədqiqat yönümlü fənlərlə əlaqədardır, axşamın bu vaxtında isə nə laboratoriya, nə elmi-tədqiqat? Beləliklə, magistratura dərsləri çox formal xarakter daşıyır.
Yeni tədris ili üçün isə V.Vəliyev magistraturanın tədris planlarını bir qədər də “təkmilləşdirib”. Kafedralara harada müzakirə olunduğu, harada qəbul edildiyi məlum olmayan yeni tədris planları göndərilib. Əvvəlki tədris planlarına əsasən magistrant 4 semestrin 3-də (yəni bir il yarım) auditoriya dərsi keçirdi, 4-cü semestr isə iki təcrübədə olurdu. Dissertasiya üzərində isə paralel olaraq 2 tədris ili müddətində işləyirdi. Yeni tədris planlarında magistraturada tədris əvvəlki kimi 2 ildə nəzərdə tutulub, ancaq, auditoriya dərsləri yalnız 1-ci tədris ilində (2 semestr) yer alıb. 2-ci tədris ilində isə hər biri 1 ay müddətində keçirilən Elmi-tədqiqat təcrübəsi və Elmi-pedaqoji təcrübə vardır, vəssalam. Yəni tələbələr 2-ci il demək olar ki, heç dərsə gəlməyəcəklər. Bəs nə ilə məşğul olacaqlar, axı iki ildir ki, rektor onların dissertasiya mövzularını universiteti bitirməyə 3 ay qalmış təsdiq etdirir? Bu sualın cavabı rektor V.Vəliyevin “sirridir”. Yenə tədrisdən kəsmək. Belə kəsilə-kəsilə hara qədər gedəcəyik?
Yuxarıda qeyd etdik ki, 2020-ci ildə təsdiq edilən “yeni” bakalvr tədris planları üzrə tələbələrin həftəlik tədris saatı 22 saata endirildi. Bəs bu real olaraq nə deməkdir? Əvvəlki tədris planları üzrə həftəlik tədris saatları 28 saat idi. İndi isə ixtisaslar birləşdirilsə də, həftəlik tədris saatları 22 saata endirilib. Ədalət naminə deyək ki, bunu V.Vəliyev etməyib, Təhsil Nazirliyi edib. Müqayisə üçün deyək ki, əgər yadınızdadırsa, bir vaxtlar sovet dövründə məktəb və institutlarda tədris həftənin 6 günü, hər gün adətən 6 saat olmaqla keçirilirdi. Bu isə həftədə 36 saat deməkdir. İndi isə − cəmi 22 saat. Bir də müqayisə üçün yada salaq ki, ibtidai məktəbdə, 1-ci sinifdə (!!!) məktəblilər 5 gün olmaqla, hər gün 4 akademik saat (hər bir akademik dərs saatı isə 45 dəqiqə olmaqla), yəni cəmi 20 akademik saat dərsdə otururlar. Deməli, bugünkü universitet tələbəsi bakalavriat demək olar ki, 1-ci siniflərin dərs rejimi üzrə oxuyur və real olaraq, 7 semestr, yəni 3 il yarım dərs keçir. Yekun buraxılış işi, kurs işi, kurs layihəsi də yoxdur. Ancaq hələ bundan da inciyən tələbələr (və rektorlar da) var.
Məsələyə başqa tərəfdən baxaq. 22 saatlıq tədris həftəsi o deməkdir ki, həftənin 4 günü 4 auditoriya saatı (iki qoşa saat), qalan bir gün isə 6 saat (3 qoşa saat) dərs keçilir. Yəni, saat 9:00-da dərsə başlayan tələbə saat 11:50-də dərslərini bitirib (iki qoşa saat), evə gedir. Saat 11:50 hələ demək olar ki, səhərdir, gün təzəcə başlayıb. Lap 1-ci sinif şagirdləri kimi. Belə də universitet olar? Buna görə də bütün günü boş qalan tələbə iş tapmağa, işləməyə çalışır. İşləyəndə də bu iki qoşa saatlıq dərsə gəlməyi də çətinləşir, dərsdən soyuyur... İndi AzTU-da bir çox fakültələr dərs saatları az olduğundan, hətta 4 günlük tədris həftəsinə keçiblər, dörd günün 3 günü 3 qoşa saat və bir günü 2 qoşa saat. Həftənin 3 günü isə tələbələr boşdur. Belə universitetdən hansı tələbə inciyər ki? Buna görə də V.Vəliyev universitetin auditoriya fondunu dağıdır, tədris auditoriyalarını öz şəxsi məqsədləri üçün boşaldır, yenicə alınmış partaları hesabdan silib, aparıb hara isə atır. Bəs bu 22 saatlıq tədris həftəsini kim qanuna salıb? İnsafən deyək ki, V.Vəliyev yox, Elm və Təhsil Nazirliyi (onu Elm və Təhsilsizlik Nazirliyi adlandırmaq daha doğru olardı)".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Tofiq İsmayılovun oğlu hakim qarşısında - TƏFƏRRÜAT
Bu gün, 15:27
Bank kartınızdan oğurlanan pulları necə geri qaytara bilərsiniz? - AKTUAL
Bu gün, 15:03
Daha bir soydaşımızı itirdik - ÖZGƏ DAVASINDA
Bu gün, 15:01
Öz qanı ilə çağırışçları hərbi xidmətdən yayındıran laborant həbs edilib – Film kimi cinayət
Bu gün, 14:52
PKK-nın özünü buraxması Ərdoğana olan rəğbəti artıracaqmı? - Deputatdan açıqlama
Bu gün, 14:51
BU QƏDƏR İŞÇİDƏN: İldə bir dəfə... 6 manatdan... - AXI NİYƏ?..
Bu gün, 14:46
AZAL Hindistan və Pakistana reysləri mərhələli şəkildə bərpa edir - DİQQƏT
Bu gün, 14:23
“İsrailin Türkiyə ilə müharibə aparıb qalib gəlmək potensialı yoxdur” - deputat
Bu gün, 14:02
“Ermənilər bu dəfə də Moskvaya, Putinə inanıb yenə nəsə etməyə başlasalar, “Ermənistan” adlı dövlət yox ola bilər...”
Bu gün, 14:00
“Əli Bayramlı Süni Dəri” ASC səhmdarları toplanır
Bu gün, 13:58
Binədə şəhid bulağı dağıdılıb - İcra Hakimiyyəti deyir ki...
Bu gün, 13:08
“Zelenski təşəbbüsü Putinin əlindən alıb” - The Guardian
Bu gün, 13:06
“PKK-ya inanmaq sadəlövhlükdür, hələ hər şey bitməyib” – Türkiyəli politoloq
Bu gün, 13:03
Məktəb direktoru şagirdi niyə bir həftə dərsə buraxmayıb? - RƏSMİ BƏHANƏ
Bu gün, 13:02
Şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:49
"Anar Nağılbazın videosunu hazırlayanlar indi də nəvəmə sataşırlar"
Bu gün, 12:47
Milli Qəhrəman Xocavənddə hotel açıb - FOTO
Bu gün, 12:43
Avtomobili pulsuz necə park etmək olar? - AÇIQLAMA
Bu gün, 12:40
Sabiq deputat qaynının şirkətindəki vəzifədən AZAD ETDİ
Bu gün, 12:38
Elm və Təhsil Nazirliyinin “TikTok” müsabiqəsi AJİOTAJ YARATDI – “Heç şeytanın da ağlına gəlməz”
Bu gün, 12:35
Paşinyan peşman olub: İrəvan yenidən Rusiyaya meyllənir - “Nezavisimaya qazeta”
Bu gün, 12:31
“Danışığında problemlər var”
Bu gün, 12:27
“Kontakt Home” “Qızıl zəmanət”lə alınan məhsulu da dəyişmir - FOTO
Bu gün, 12:24
“Danışıqları yalnız hərbçilər aparacaq” - Hindustan Times
Bu gün, 12:21
Bakı və İrəvan sülh masasına qayıdır: - Yaxın aylarda bu sənəd imzalana bilər
Bu gün, 12:17
Arxasında güclü şəxslərin durduğu “Dostluq H-EL MMC işçilərin pulunu yenə vermir -Şikayət var
Bu gün, 12:12
Paşinyan Sərkisyanın imzaladığı sənədi silib atdı – Şarmazanov
Bu gün, 12:04
Azərbaycan hər gün yeni güc mərkəzi olma yolunda uğurla irəliləyir - MƏQ
Bu gün, 12:00
Putin və Zelenskidən Trampa müsbət cavab: - Müharibə bitir?
Bu gün, 11:50
“Azər-Türk Bank”ın Müşahidə Şurasının tərkibi yenilənəcək
Bu gün, 11:47
Quba icra hakimiyyəti VƏTƏNDAŞA QARŞI... - ÖZBAŞINA QALIB...
Bu gün, 11:42
İnternet dələduzları İŞ BAŞINDA: Daha bir fakt... - FOTOLAR
Bu gün, 11:28
Nazir Şahmalı Əhmədovu rəis təyin etdi - ƏMR
Bu gün, 11:13
Azərbaycanda holdinqin direktoru dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:12
Moskvada erməni MMA döyüşçüsü saxlanılıb - KİV
Bu gün, 11:07
151 saylı bağçada körpələrə zay məhsullar verilir - VİDEOFAKT
Bu gün, 11:06
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
Bu gün, 11:04
"Nə toyuma, nə də oğlumun qonaqlığına gəldin"
Bu gün, 11:00
Mərkəzi Bank açıqladı: -Neft ucuzlaşır, manat isə…
Bu gün, 10:55
Arif Babayev xəstəxanadan evə buraxıldı
Bu gün, 10:53
ABB-də yeni təyinat - BUNDAN SONRA...
Bu gün, 10:49
Maşın var, təmir edən yox - TENDER YOLUN ORTASINDA DAYANDI
Bu gün, 10:46
Nəzarət Zaur Mikayılova keçəndən sonra... - "Bir ayı 400 manatla yaşaya bilərlər?"
Bu gün, 10:40
Ermənilər şokda: İrəvanda “Azərbaycan” yazılan pasportlar - FOTO
Bu gün, 10:33
17 yaşlı qız 12-ci mərtəbədən yıxılıb öldü - Bakıda FACİƏ
Bu gün, 10:30
Müğənni Nigar Rəhimova “Vətən Müharibəsi iştirakçısı” medalını necə alıb? - FOTOFAKT
Bu gün, 10:28
Bakıda kişini oğurlayıb 3 gün işgəncə verdilər - ŞOK TƏFƏRRÜAT
Bu gün, 10:26
İsrail səfiri yaxın bir neçə ay ərzində səlahiyyətlərinin başa çatacağını açıqlayıb
Bu gün, 10:22
Naxçıvanda durum daha da gərginləşib... - Nəcəfli narazılıq yaradır...
Bu gün, 10:21
“Ermənistan silahlanmadan imtina etməlidir, yoxsa...” - GƏLİŞMƏ
Bu gün, 10:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru