Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb? .....                     Vəkili "Oleq Bakinski"yə bəraət istədi .....                     Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir .....                     Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri .....                     Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi .....                     "Bundan sonra küsmək, ayrılmaq yoxdur" .....                     Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər .....                     Rusiyanı diz çökdürəcək qərar .....                     Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! .....                     İrəvanda kim kimi devirəcək? .....                     “TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib .....                     Tiflis İrəvana rədd cavabı verib .....                     Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir .....                     Məşhur türk milyonçunun nikahı ləğv edildi .....                     “Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” .....                     “Məni şərləyib işdən çıxarmaq istəyirlər” .....                     "Allah telefon çıxardanın qapısını bağlasın" .....                     Azərbaycanın tələbi gündəmdə qalır .....                     Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... .....                     Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” .....                     Müəllim direktoru hədələyib? .....                     AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib .....                     Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri .....                     BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... .....                     “Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi .....                     Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq .....                     Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol .....                     “FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı .....                     “Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub .....                     Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı .....                     ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? .....                     Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: .....                     Bir həftə əvvəl yaradılan şirkət də .....                     Müğənni Rəqsanədən ETİRAF: .....                     Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə .....                     Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi .....                     “UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” .....                     Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı .....                     Qusara yeni prokuror təyin olundu .....                     NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək .....                 

Əmrullayev Texniki Universitetin başını buraxıb... - Görünəni budur...
Tarix: 4-07-2022, 09:48 | Çap et
Əmrullayev Texniki Universitetin başını buraxıb...
DİA.AZ: - "Azərbaycan dramaturgiyasının əsasını qoyan böyük Mirzə Fətəli Axundov “Sərgüzəşti mərdi xəsis” (yəni “Xəsis kişinin sərgüzəştləri”, bizə bu komediya “Hacı Qara” adı ilə daha yaxşı tanışdır), “Sərgüzəşti vəziri xani Lənkəran” və digər komediyalarında dövrünün naqisliklərini gülüş yolu ilə tənqid edərək, aradan qaldırmağa cəhd edirdi. O vaxtdan 200 il ötsə də, bu gün də ətrafımızda komediyaya bənzər sərgüzəştlər baş verməkdədir. Bu sərgüzəştlər vəzifəli şəxslərin “fəaliyyəti” ilə bağlı olduqda isə nəticəsi ətrafdakılar üçün daha acınacaqlı olur. Belə sərgüzəştlərdən biri Azərbaycan Texniki Universitetin rektoru Vilayət Vəliyevin vəzifə fəaliyyəti ilə bağlıdır". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Əvvəli BURADA: Vilayətin TƏHSİL MUXTARİYYƏTİ... - İSTƏDİYİNİ EDİR...

DİA.AZ müraciətin davamını təqdim edir: "Sual olunur, rektorlar niyə öz birbaşa vəzifələri ilə, təhsillə məşğul olmurlar, intriqa yaratmaq və dağıdıcılıq fəaliyyəti ilə məşğuldurlar? Çünki, onların əksəriyyəti kiminsə adamıdır, bəziləri isə bundan əlavə professional təhsil mütəxəssisi deyillər.
Bir vaxtlar, Sovet dövründə partiya nomenklaturası deyilən bir şey var idi. Cəmiyyətin bütün sahələrini kommunist partiyasının kadrları idarə edirdi. Dövlət elə hesab edirdi ki, əgər bir kadr “sədaqətli” kommunistdirsə və kommunist ideologiyasını yaxşı mənimsəyibsə, o adam istənilən sahədə rəhbər vəzifə tutaraq, istənilən sahəni idarə edə bilər. Rayonların başında raykom katibləri dayanırdı və bu katiblər rayonun istənilən sahəsinə müdaxilə edirdi. Partiya nomenklaturası deyilən bir siyahı var idi. Kimin adı bu siyahıya düşürdüsə, o adamı ömrü boyu bir rəhbər vəzifədən çıxarıb, digərinə, tamamilə müxtəlif sahələrə təyin edirdilər. Ancaq, hətta Sovet dövləti də bu qaydanı təhsil sisteminə tətbiq etmirdi. Çünki başa düşürdülər ki, təhsil sahəsi çox spesifik və strateji sahədir. Universitet rektorlarını yalnız təhsil sisteminin öz daxilindən yetişmiş professional təhsil işçilərindən təyin edirdilər. O cümlədən, təhsil nazirlərini də.
İndi isə görürük ki, rektorların bir hissəsi təhsildən tamamilə uzaq adamlardır və şəxsi himayədarının olması və ya müəyyən regional klana məxsus olmaları nəticəsində bu vəzifəyə təyin edilirlər (Vilayət Vəliyev buna canlı misaldır, onun hansı regional klana məxsus olmasını və şəxsi himayədarının kim olmasını isə artıq hamı bilir – Şahin Mustafayev). Nəticə isə həm konkret universitetlər, həm də bütünlüklə ölkəmizin təhsil sistemi üçün fəlakətlidir. Təhsil nazirləri də bunu kimi. Yadımıza salaq, Misir Mərdanovdan sonra təyin edilən təhsil nazirləri bu vəzifədən əvvəl hansı vəzifələri tutublar və sonra hansı vəzifələrə gediblər...
Bir də bir məsələni qeyd etmək lazımdır. Hal-hazırda bizdə Təhsil Nazirliyi uşaq bağçalarından və orta məktəblərdən tutmuş, kollec və universitetlərə qədər nəhəng bir təhsil sistemini ehtiva edir. Orta təhsil sistemimizin böyük problemləri var və o, həqiqətən fəlakətli vəziyyətdədir. Bunu hər ailədə yaxşı bilirlər. Bu sahə həm çox böyük, həm də çox spesifik sahədir. Qeyd etmək yerinə düşər ki, Dövlət İmtahan Mərkəzinin 10 iyun tarixdə mətbuat üçün verdiyi açıqlamada qeyd olunur ki, orta məktəblərin 9-cu siniflərinin buraxılış imtahanlarında aşkar edilib ki, 9-cu sinfi bitirənlər arasında oxumağı və yazmağı bacarmayanlar vardır. 21-ci əsrdə bu, dəhşətli fəlakətdir, 20-ci əsrdə biz təsəvvür edə bilməzdik ki, gələcəkdə belə bir hal ola bilər.
Bizcə, orta təhsili idarə edən ayrıca bir nazirlik olmalıdır. Bu, bir vaxtlar da belə olub. Yaxşı olar ki, əvvəllərdə olduğu kimi, ayrıca Maarif Nazirliyi yaradılsın və həmin nazirlik uşaq bağçaları və orta məktəblər sistemini idarə etsin. Ali və Orta İxtisas Təhsili Nazirliyi isə universitet və kolleclər sisteminin, texniki peşə məktəblərinin idarə edilməsi ilə məşğul olsun. Bu, bir vaxtlar da belə olub.
Nə isə. Qayıdaq Texniki Universitetin problemlərinə.
Biz əvvəllər də yazmışdıq ki, rektor Vilayət Vəliyev şou yaratmaq, piar ustasıdır və bu sahədə müəyyən nailiyyətlərə də çatıb. AzTU-nun internet saytından göründüyü kimi, bu adamın fikri-zikri təhsil və elm deyil, bunların görünüşünü, görüntüsünü yaratmaqdır. Son vaxtlar o, bu məqsəd üçün Türkiyə amilindən istifadə etməyə başlayıb. Bir neçə Türkiyə universitetinin rektorlarını dəvət edərək, onlarla əməkdaşlıq haqqında müqavilələr imzalayıb, imzalama mərasimlərinin şəkillərini çəkdirib, AzTU-nun saytına qoydurur. O, bir neçə ay bundan əvvəl Türkiyəyə səfər edərək, 9-10 universitetlə də belə müqavilələr imzalayıb. Biz bu işləri daxildən görürük və onu da görürük ki, əslində heç bir əməkdaşlıq, birgə iş yoxdur. Bunlar hamısı görüntü üçündür. V.Vəliyev təhsil sahəsində nə əməkdaşlıq edə bilər universitetə 200 bal ilə qəbul edilən tələbələrlə? Bir bax, gör sənin tələbələrin nə səviyyədədirlər. Yoxsa, bəlkə rektor elmi-tədqiqatlar sahəsində əməkdaşlıq edəcək? Hansı müasir laboratoriyaları ilə? Bunlar hamısı kağız üzərində qalmaqdadır və qalacaq.
Vilayət Vəliyev bu məqsədlə türkiyəli kadrlardan da istifadə edir. O, keçən ilin təqribən mart ayında Türkiyəli universitet müəllimi Elmas Çetini AzTU-ya Elm və innovasiyalar üzrə prorektor vəzifəsinə dəvət etdi və ona 5000 manat maaş təyin etdi (əvvəlcə isə İlham Pirməmmədovu həmin vəzifədən azad etdirdi və müşavir vəzifəsinə keçirdi). Elmaş Çətin bir ildə bu vəzifədə heç bir real fəaliyyət göstərə bilmədi, onun bütün işlərini isə köhnə qayda ilə İlham Pirməmmədov yerinə yetirirdi. Elmaş Çətin çox abırlı adam imiş. O, AzTU-da yaranmış vəziyyəti görüb, 2 ay əvvəl vəzifəsini könüllü tərk etdi və Türkiyəyə qayıtdı. Ondan başqa, şöbələrdən birinin müdiri olan, Türkiyədən dəvət edilmiş başqa bir mütəxəssis də vəzifəsini tərk edərək, Türkiyəyə qayıtdı. İndi AzTU-da yalnız bir nəfər türkiyəli mütəxəssis işləyir, o da xüsusi olaraq onun üçün yaradılmış Yüksək Təhsil İnstitutunun direktoru vəzifəsini tutan Yusuf Sönmezdir. Bu qurum da çox qəribə bir qurumdur və özündə keçmiş magistratura və doktorantura şöbələrini birləşdirməklə bərabər, nə bilək daha nələri, izah edilməsi belə çətin olan nələrisə özündə birləşdirir. Qeyd edək ki, V.Vəliyev AzTU-ya rektor gələndə magistratura və doktorantura şöbələri birlikdə idilər, V.Vəliyev onları ayıraraq, müstəqil şöbələr yaratdı, indi isə yenidən birləşdirdi. Əvvəl magistratura şöbəsində 4-5 nəfər, doktorantura şöbəsində isə 3 nəfər işləyirdi. İndi həmin yeni qurumun tərkibində olan təkcə magistratura şöbəsinə 12 yeni əməkdaş qəbul edilib və onlar da magistratura işindən tamamilə xəbərsizdirlər və işləri qarışdırırlar. Onların direktoru Yusuf Sönməz də onlardan “geri qalmır” və magistraturanı xaosa döndərib".

DAVAMI VAR...

İddia olunanlarla bağlı diaaz.space olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda qadın ərinin başına telefonla vuraraq öldürüb?
Bu gün, 18:03
Vəkili "Oleq Bakinski"yə bəraət istədi
Bu gün, 17:54
Naxçıvanda tərxis olunan əsgərlər Bakıya qayıda bilmir - NARAZILIQ VAR...
Bu gün, 17:52
Azərbaycanda 9 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri - MƏLUM OLDU
Bu gün, 17:48
Rövşən Lənkəranskinin yaxını olan "qanuni oğru" axtarışa verildi - Bu "sxodka"ya görə
Bu gün, 17:45
"Bundan sonra küsmək, ayrılmaq yoxdur"
Bu gün, 17:30
Yaxın Şərqin təhlükəsizliyini yalnız iki qüvvə təmin edə bilər - Azad İsazadə
Bu gün, 17:27
Rusiyanı diz çökdürəcək qərar VERİLDİ
Bu gün, 17:25
Şəxsi həyatla gündəmə gəlmək ayıb deyil?! – Aşıq Zülfiyyə bu dəfə susmadı
Bu gün, 17:23
İrəvanda kim kimi devirəcək? - GƏLİŞMƏ
Bu gün, 17:19
“TBC Kredit" BOKT-un lisenziyası onun öz istəyi ilə ləğv edilib
Bu gün, 17:16
Tiflis İrəvana rədd cavabı verib
Bu gün, 17:14
Rusiya-İran iş birliyi regiondakı problemlərin mənbəyidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:10
Məşhur türk milyonçunun nikahı ləğv edildi
Bu gün, 17:08
“Rusiya Trampın ultimatumuna məhəl qoymadı və Ukraynanı vurmağa davam edir” - “The Hill”
Bu gün, 17:03
“Məni şərləyib işdən çıxarmaq istəyirlər” – Kollecdə təzyiq iddiası
Bu gün, 16:59
"Allah telefon çıxardanın qapısını bağlasın"
Bu gün, 16:54
Azərbaycanın tələbi gündəmdə qalır - İLGİNC DETALLAR
Bu gün, 16:52
Nazim Eynallı: Keçən il səsi ucadan çıxmışdı, indi də tüstüsü ərşə qalxıb... - VİDEO
Bu gün, 16:47
Wolt kuryerləri ayağa qalxdı: “Ya işimizi düzəldin, ya çantamızı qoyub gedirik!” - TƏFƏRRÜAT
Bu gün, 15:43
Müəllim direktoru hədələyib? - BU NƏDİ BELƏ?
Bu gün, 15:39
AMB “Azsığorta”ya icrası məcburi sərəncam verib
Bu gün, 15:28
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi işçilərinin qanunsuz əməlləri - İTTİHAM VAR...
Bu gün, 15:27
BƏXTİ QARA NAXÇIVAN: Bu istidə... - GİLEY
Bu gün, 15:23
“Nə oldu, Paşinyan?” ifası ilə məşhurlaşan Elçin həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 13:03
Bu gün Oleq Bakinskinin məhkəməsi olacaq - hökm verilə bilər
Bu gün, 13:01
Zəfər Salnaməsindən rəqəmsal dövrə uzanan yol - MƏQALƏ
Bu gün, 11:58
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
Bu gün, 11:55
“Prior Credit BOKT”un rəhbərliyində dəyişiklik olub - BUNDAN SONRA...
Bu gün, 11:06
Azərbaycanda ABŞ-ın IAAI şirkətinin rəsmi hərrac mərkəzi açıldı
Bu gün, 11:05
ABŞ Cənubi Qafqaza Zəngəzur üzərindən qayıdır? - Barakın təşəbbüsünün pərdəarxası
Bu gün, 11:03
Fransanın bu şəhəri “Stalinqrad” adından imtina edir: - Əhali razılaşmır
Bu gün, 11:02
Bir həftə əvvəl yaradılan şirkət də - SATIŞA ÇIXARILDI
Bu gün, 10:53
Müğənni Rəqsanədən ETİRAF: - “Fazil müəllim borclarımı ödəyib, mənə evlər aldı”
Bu gün, 10:52
Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə – suverenliyimizə hücum!
Bu gün, 10:48
Xəstəxanada adam öldürən azərbaycanlılara 31 il həbs cəzası verildi
Bu gün, 10:46
“UNEC-in Dərbənd filialı ilə bağlı vəziyyət ali təhsil sistemində böhranın göstəricisidir” -EKSPERTDƏN İLGİNC AÇIQLAMA
Bu gün, 10:40
Bakıda magistral yolda lüt gəzən gənc saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:35
Qusara yeni prokuror təyin olundu - ƏMR
Bu gün, 10:23
NƏHAYƏT: Bu evlərə “kupça” veriləcək - AKTUAL
Bu gün, 10:22
Aİ səfirləri Rusiyaya qarşı 18-ci sanksiyalar paketini razılaşdırıblar - KİV
Bu gün, 10:16
Əmək normalarının tətbiqi... - Ekspert danışır...
Bu gün, 10:15
Azərbaycan Mərkəzi Bankı “Kabox”un lisenziyasını ləğv edib
Bu gün, 10:10
Tovuzun icra, başçısı kartof alverinə girişib, sahələri ələ keçirib - AY MAŞALLAH...
Bu gün, 10:09
Makronun Tiranadakı jestləri məğlubiyyətin rəmzidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:07
“Zəngəzur dəhlizi hərbiləşdirilmədən təhlükəsizliyə təminat mümkün deyil” - İlham İsmayıl
Bu gün, 10:05
Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir… - Paşinyan narazıdır…
Bu gün, 10:02
“Güllübulağ”ın rəhbəri ilə bağlı daha bir QƏRAR - TƏFƏRRÜAT
Bu gün, 10:00
Paşinyanın Kremlə “duz-çörək” xatırlatmasının sirri - Ermənistan qorxur, yoxsa...
Bu gün, 09:52
Paşinyan bir həftəlik məzuniyyətə çıxıb
Bu gün, 09:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru